Sui iuris: Bakının "Müqəddəs Məryəm"i | Reportaj+Fotolar

// Katoliklər Azərbaycanda necə yaşayırlar

      Sui iuris:    Bakının "Müqəddəs Məryəm"i   | Reportaj+Fotolar
  16 Aprel 2024    Oxunub:3312
Azərbaycan tarix boyu müxtəlif dini icmaların məkanı olub. Ölkəmizdə hazırda müxtəlif dini konfessiyalar fəaliyyət göstərirlər. Onların ibadəti üçün məkanları da az deyil. Bunlardan biri də şəhərin mərkəzində möhtəşəm görünüşü ilə insanı valeh edən “Müqəddəs Məryəm” katolik kilsəsidir.
Kilsənin neo-qotika üslubundakı daxili və xarici dizaynı italyalı memar Paolo Ruceyroya aiddir. 200 nəfərlik kilsənin girişndə Məryəm Ananın yerli heykəltaraşlar tərəfindən hazırlamış heykəli qoyulub.


Katoliklik Azərbaycanda orta əsrlərdən yayılmağa başlayıb. XVII-XVIII yüzlliklərdə ölkənin iri şəhərlərində katolik monastrları, missiya və məktəbləri fəaliyət göstərib. XIX əsrin ikinci yarısı və XX əsrin əvəllərində - neft bumu dövründə Bakıya çoxlu katoliklər köçüb Azərbaycanda katolik kilsəsinin həyatında yeni mərhələ başlayıb.

Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası Roma Katolik Kilsəsndə yeparxiyaya bərabər ərazi vahididir. “Sui iuris” (“özəl hüquqlu”) statusuna malikdir və fəaliyyətini yeparxiya hüquqlarına, səlahiyyətlərinə əsaslanaraq həyata keçirir. Apostol Prefekturasının rəhbəri (ordinarisi) təyin edildiyi andan Apostol prefekti adlandırılr.


Bu barədə məlumatı bizə Azərbaycan Respublikası Katolik Kilsəsinin Apostol Prefekturası Dini Qurumunun təmsilçisi Yozef Marek verdi. Onunla klsə haqqında, xristianların inanc əsasları və ibadətləri, Azərbaycanda xristian icmalarının vəziyyəti, dini tolerantlıq və multikulturalzm barədə danışırıq.

- İosif Stalinin dini abidləri sevmədiyi hər kəsə məlumdur,- deyir Yozef Marek.

- Bu, katolik kilsəsinə də təsir edb. Ötən əsrin 30-cu illərin sonunda Bakıda tikilmiş və Məryəm Anaya həsr edilmiş möhtəşəm kilsə bolşevik rejimi tərəfindən dağdılıb Lakin, Azərbaycan müstəqillik qazandıxdan sonra gözəl günlər başladı. Sovet dövründə katolik kilsəsi olmasa da, katoliklər provaslavların ibadət yerlərinə baş çəkrdilər. Amma bu yetərli deyildi. Çünki ibadət üçün məkan və dini ayinləri icra edə biləcək şəxslər lazımdr.

Roma Papası II İohan Pavel 2002-ci il mayın 23-də Bakıya səfər etmişdir. Səfərin ikinci günündə Papa Bakı İdman Sarayında Müqəddəs Messa ibadəti həyata keçirmişdir. Həmin səfər müddətində Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan katolik icmasına Katolik Kilsəsinin tikintisi üçün torpaq sahəsi bağışladı. Bakıda həmin torpaq sahəsində inşa edilmış Müqəddəs Məryəm katolik kilsəsinın rəsmi açılış mərasimi isə 2008-ci il martın 7-də keçirildi.


22 il öncə Roma Papası II İohan Pavelin Azərbaycanda qarşılandığı günü Yozef Marek belə xatırlayır:
- Təəccübləndim, hətta bir neçə şəxsdən soruşdum ki, belə gözəl qarşılaman səbəbi nədir? Onlar isə cavabında dedilər: “Axı, o, müqəddəs insandır”. Bu heyrətamizi idi. İnsanlar digər dinin nümayəndəsinə böyük hörmət və rəğbət bəsləyirdilər!


Ötən illər ərzində Azərbaycan öz dini palitrasının zənginliyini qoruyub saxlayıb, hətta artırıb da. Dinə yalnız inanc, mənəviyyat və hüquq məsələsi kimi deyil, həm də dövlətin və cəmiyyətin təhlükəsizliyi və sabitliyi prizmasından yanaşılıb.


“Təəsüf ki, hərdən dini bayraq altında şəxsi maraqlar naminə addımlar atılır. Ürəkdəki kin, nifrət və qəzəb fəsadlara yol açır. Dinindən asılı olmayaraq, insan gərək qəlbilə həqiqəti axtarsın. Dünyanın gözəlliyinə uyğun olmayan, gələcəyimiz, xoşbəxtliyimiz, rahatlığımız və əqidəmizlə tutuşmayan sözlərin əleyhinəyəm. Ürəyimizdə mövcud olan həqiqətlər sözlərlə qarşımızdakı insanlara yol tapmalıdır. Hər insanın qəlbi həqiqəti axtarır, ona susayır. Yalnız həqiqət insanın mənəvi ehtiyaclarını ödəyə bilər. Və yalnız həqiqətin axtarışı ilə insan etiqad etdiyi dini düzgün yaşaya bilər”,- deyir Yozef Marek.


Rahib deyir ki, Bakıda olduğu 20 ərzində Azərbaycan vətəndaşlarında çox müsbət cəhətlər görüb: “Ən çox xoşuma gələn insanın dininə və şəxsiyətinə qoyulan hörmətdir. Yəni onlar necə olduğunu qəbul edir və hörmətlə yanaşırlar. İnsanlar islam dəyərlərinə əsaslanan ənənəvi mənəviyatla yanaşı, digər dinlərə və dünyagörüşlərinə də hörmətlə yanaşırlar. Həm katoliklər, həm də digər xristianlar burada sərbəst yaşaya və ibadət edə bilirlər. Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri sülh şəraitində ömür sürürlər”.


Yozef Marekin sözlərinə görə, Azərbaycanda dinindən asılı olmayaraq, istənilən şəxs cəmiyyətin bir hissəsi olmaq istəyirsənsə, ona heç bir mane yoxdur: “Dünyanın bəzi regionlarında günah, mələklər, Allah və din barədə danışa bilməzsən. Azəbaycan bu mənada istisnadır. İnsanlar hər zaman sənə hörmət edirlər. Bakıda yəhudilər, xristianlar, müsəlmanlar vəhdət içində, dinc və firavan yaşıyırlar. Biz digər dinin nümayəndələri ilə rahat şəkildə dialoq qurur, müzakirələr aparır, bir-birimizi anlayırıq”.


Keşiş hesab edir ki, böyük yaradıcılıq potensialı olan dini qurumlar cəmiyyətin möhkəmlənməsinə və destruktiv yalançı dini cərəyanların rədd edilməsinə yardımçı olmalıdır. Əsas olan inanclı insanların sayının üstünlük təşkil etməsidir. Çünki Allah Onun əmrlərini yerinə yetirənləri və həqiqətə sadiq olanları xilas edir.


“Azərbaycanda olmaq və tolerant cəmiyyətlə ünsiyyət qurmaq Tanrının lütfüdür. Mən heç zaman haradasa olmaq üçün Tanrıya dua etməmişəm. Yaradan özü mənə buranı nəsib edib. Allah Azərbaycanı mənim üçün əbədiliyə gedən yol kimi seçib. Özümü Azərbaycanda evimdəki kimi hiss edirəm. Bura mənim evimdir, yaşayış məkanımdır və mən həqiqətən xoşbəxtəm”,- cənab Marek fikirlərini yekunlaşdırıb.


İlkin Nəcəfov
AzVision.az

Qalereya




Teqlər: Din   Kilsə   Tolerantlıq  





Xəbər lenti